"Mərhum qalır bir tərəfdə, özündən danışır" - Cavidan Novruz
03 avqust 2024 18:54 (UTC +04:00)

"Mərhum qalır bir tərəfdə, özündən danışır" - Cavidan Novruz

Mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz sosial media hesabında maraqlı paylaşım edib.

Lent.az xəbər verir ki, aktyor verilişlərin mərhum sənətkarlarla bağlı hazırlanan buraxılışlarında qonaq olan bəzi sənətçiləri tənqid edib. O, qonaqların haqqında danışdıqları mərhum sənətçidən çox özlərini ön plana çəkdiklərini deyib.

"Hansısa mərhum sənətkar haqqında veriliş hazırlayırlar, həyatda olan sənət yoldaşlarını qonaq çağırırlar ki, gəl, onunla bağlı xatirələrini bölüş. O da gəlir xatirələrini bölüşməyə. Başlayır ki, yadımdadır bir dəfə onunla bir tamaşada oynayırdıq, mən boyda ondan hündür olduğum üçün... Yaxud da bir dəfə onunla bir yerə getdik tamaşaçılar gəldi mənimlə şəkil çəkdirdi. Deməli, haqqında danışdığı sənətkar qalır bir tərəfdə, həmin xatirələrin baş qəhrəmanı özü olur. Niyə?"- deyə, o yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5913
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar