Layma Vaykule   xərçəngə tutulmasında danışdı - "İnsanlara nifrət edirdim"
05 avqust 2024 14:27 (UTC +04:00)

Layma Vaykule  xərçəngə tutulmasında danışdı - "İnsanlara nifrət edirdim"

Məşhur müğənni Layma Vaikule  keçirdiyi  xərçəng xəstəliyi səbəbi ilə insanlara nifrət etdiyi dövrlərindən danışıb.

 Lent.az xəbər verir ki, müğənni xəstəliyini müalicə etdirmək üçün ABŞ-a getdiyini, həmin dövrlərdə hamıdan uzaq qaçdığını bildirib.

“İnsanlara nifrət edirdim, hər kəsdən uzaq durmağa, ünsiyyət qurmamağa çalışırdım. Bir keşiş mənə bunun ilahi sınaq olduğunu dedikdən sonra həyata baxışlarım dəyişdi”- deyə o bildirib.

Layma Vaikule döş xərçəngi ilə ilk dəfə 1990-cı illərdə qarşılaşıb. ABŞ-da müalicə olunduqdan sonra remissiyaya nail ola bilib. 2022-ci ildə onda yenidən xərçəng xəstəliyi aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4074
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar