Məşhur aparıcı Lalə Azərtaş Cavanşir Məmmədova sərt cavab verib.
Lent.az xəbər verir ki, bununla bağlı Lalə aparıcısı olduğu "Təsir dairəsi" ictimai-sosial verilişdə danışıb. Aparıcı C.Məmmədovdan üzr istəməyəcəyini açıqlayıb:
"Mənim xalqımın adından deyirsiniz. Tamam, sevgidən "mənim xalqım" deyə bilərəm. Amma qanundan-hüquqdan, mənə hakimlikdən danışırsınızsa, siz də "mənim xalqım" deyə müraciət edə bilmərsiniz. Konkret insanlar bu barədə müraciət edə bilər.
Hamı hər şeyi sərrast görür. Lalə Azərtaş sizə nə edib ki, sizdən üzr istəsin? Mən nəinki gerçək həyatda, heç yuxunuzda da sizdən üzr istəmərəm. Çünki bu mövzuya dəyməz".