Müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı, estrada müğənnisi Alla Puqaçovanın ona verdiyi mənəvi dəstəkdən danışıb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, o anasını itirərkən Alla öz təsəllisini əskik etməyib.
Kirkorov qeyd edib ki, anasının ölümü onun üçün dəhşətli zərbə olub.
Müğənni keçmiş həyat yoldaşını da anası ilə müqayisə edərək, onların çoxlu ortaq cəhətlərinin olduğuna diqqət çəkib. “Həm anam, həm də Alla çox oxşardır: həm məni qoruyan, həm də dəstəkləyən güclü qadınlar. Psixoloqlarla razıyam ki, həyatda kişi anasının prototipini axtarır”, - o əlavə edib.