Kinoda alt paltarı: köhnə qara-ağ filmlərdən iki qalmaqallı kadr
28 mart 2025 11:32 (UTC +04:00)

Kinoda alt paltarı: köhnə qara-ağ filmlərdən iki qalmaqallı kadr

Bu gün belə bir səhnə heç kimi təəccübləndirməz, lakin 60 il əvvəl bu, cəsarətli bir addım sayılırdı.

Lent.az xarici mənbəyə istinadən xəbər verir ki, ən məşhur kino obrazlarından biri, şübhəsiz ki, Merilin Monronun 1954-cü ildə çəkilmiş “Yeddinci ilin qaşınması” filmindəki geyimidir – ağ paltarı. Bu obraz kult statusu qazanıb, çünki paltarın ətəyi metro havalandırma barmaqlığından gələn külək nəticəsində qalxır və tamaşaçılara yalnız aktrisanın ayaqlarını deyil, həm də alt paltarını nümayiş etdirir.

Bu əfsanəvi libasın müəllifi Merilinin dostu, stilist və kostyumçu Uilyam Travilladır. Aktrisa, bu səhnənin çəkilişindən əvvəl ehtiyat tədbiri olaraq paltarının altına iki alt paltarı geyinmişdi.

Lakin bu, kinoda alt paltarının göründüyü yeganə səhnə deyildi. Bir neçə il sonra rejissor Roje Vadim bu qalmaqallı uğuru təkrarlamaq qərarına gəldi. 1962-ci ildə çəkilən “Günah və fəzilət” filmində baş rolda gənc Katrin Denev oynayırdı. Filmdəki səhnələrdən birində aktrisa gəlin obrazında çıxış edir və küləyin təsiri ilə paltarının ətəyi qalxaraq, onun xallı alt paltarını nümayiş etdirir.

Bu addım 1963-cü ildə, film ekranlara çıxanda, kifayət qədər riskli idi. Həmin dövrdə Roje Vadim və Katrin Denev münasibətdə idilər.

Sözügedən rejissorun tam adı – Roje Vadim İqoryeviç Plemennikovdur. O, Kiyevdən olan diplomat İqor Nikolayeviç Plemennikovun oğludur. Roje Katrinlə 1961-ci ildə tanış olmuşdu – həmin vaxt rejissor 33, Katrin isə 17 yaşında idi. Onların birlikdə bir oğlu olub – Kristian Vadim.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1798

Oxşar yazılar