Müğənni İradə İbrahimova
24 yanvar 2022 09:32 (UTC +04:00)

Müğənni İradə İbrahimova

İradə İbrahimova xəstəliyə tutulub: "Günləri sayıram..."

Türkiyədə yaşayan müğənni İradə İbrahimova koronavirusa yoluxub. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: 

Özümü tanıdığım ilk gündən bəri məsafəsiz günüm olmadı. Məsafə mənim qalxanım, bir parçam oldu. Koronovirusla bərabər təkrar məsafə saxladıqlarım, geri çəkildiyim, yaxınıma yaxınlaşdırmadıqlarım da oldu. Bu virusa gəlincə, gəldiyi kimi gedəcəyini bilirəm. Yaradan yaratdığı kimi yox da edəcək. Hələki vəzifə başında olduğunu da ,bizləri tərbiyə etdiyini, öyrətməyə çalışdığını da bilirəm. Duam, hər nə öyrətməyə gəlibsə başa düşərik, öyrənərik. Can aldığı, nəfəssiz qoyduğu vaxtlarda belə mənə dəyib-dolaşmadı. Bunun üçün məndə çox əmək verdim açığı. Yanıma yaxınlaşmamağı üçün çox səy göstərdim, amma olmadı. Ölümdən qorxduğum üçün deyil əlbəttə. Mən həmişə ölməkdən yox, öldürməkdən, pis bir işə səbəb olmaqdan, insanların yaşam sevinclərini əllərindən almaqdan qorxmuşam. Evin ən “pozitiv”i olaraq sevdiklərimdən uzaq, otağıma bağlı şəkildə “neqativ”ə dönəcəyim günləri sayıram. Bağlı qapının arxasından həyatın davam etdiyinin şahidi olmaq məni həm sevindirir həm də düşündürür… Demək mən yox ikən də həyat mənsiz öz axarında, gözəl bir şəkildə davam edir.
Bu arada “yaxşıyam, narahat olmayın!” deməyi unutmuşam. Bu səhər bir qızıma, bir də oğluma baxdım və inşallah ataları kimi olarlar deyə dualar etdim. İnsanlıq uşaqlarımıza balaca vaxtlarından öyrədilməlidir. Fərqi yoxdur istər qadın, istər kişi olsun vicdanlı, xoş görülü, mərhəmətli olmaq, əl uzatmaq insan olmaqla, insanlıqla əlaqəlidir. Səhər yeməyində günortanı, günotada axşamı soruşan, uşaqların dərsləri, işinin, mənim, evin yükünü alıb kürəyinə daşıyan canım həyat yoldaşım. Mən səndən çox razıyam, Allah da səndən razı olsun! Ürəyimdən xəstəlikdə, sağlıqda, yaxşı gündə, pis gündə deyərək illər öncə söz verdiyimiz günə, şahidlərinə salam olsun demək gəldi. Qabaqcadan xoş diləkləriniz, dualarınız üçün hər birinizə çox təşəkkür edirəm. Nə xoş mənə ki, dualarınızla, xoş diləklərinizlə geyinib-keçinəcəm. Yaxşı ki, varsınız!
Sağlıq! Sağlıq! Sağlıq! Hər şeyin başı sağlıqdır! Gerisi təfərrüat”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8824

Oxşar yazılar

Xalq artistinin qolu sındı

Xalq artistinin qolu sındı

20 may 2025 , 18:21
Gökseli bu halda görənlər onu tanımadılar

Gökseli bu halda görənlər onu tanımadılar

20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı : Ece Seçkindən sərt reaksiya

İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya

20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat  olundu

Müğənni Mirkamil əməliyyat olundu

20 may 2025 , 02:41
Tanınmış aktrisa səhnədə huşunu itirdi

Tanınmış aktrisa səhnədə huşunu itirdi

19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə  lağ etdi: “O, artıq seksual deyil”

Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”

18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn  Nesrin Cavadzadədən yataq pozaları

Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları

16 may 2025 , 19:53