“Hara baxırsan,  3 dılğırı   görürsən” -  Nadir Qafarzadə kimləri hədəfə aldı?
01 mart 2024 15:48 (UTC +04:00)

“Hara baxırsan, 3 dılğırı görürsən” - Nadir Qafarzadə kimləri hədəfə aldı?

Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında canlı yayımda giley-güzar edib.

Lent.az-ın xəbərinə görə, müğənni ad çəkmədən hədəf  aldığı məşhurlar barədə ağır ifadələr işlədib.

“Hansı sosial şəbəkəni açırsan, 3 tərbiyəsizi görürsən. Hamı onlara baxır, hamı onları varlandırır. İnsanlar ən vacib məsələlərini qoyub kənara, ancaq bu 3 əxlaqsızla məşğuldur. İş ondadır ki, nifrət də etmirlər, onlara pullar qazandırırlar.

Bir gecədə 25 min dollar pul qazanan var. Soysuz, köksüz 3 dılğır cəmiyyətin başını qatır. Problemi olan qaziyə, ehtiyac sahibinə heç kim dönüb baxmır, hamı pulunu tökür bu 3 dılğıra.

Bunlar alimdir, professordur, hərbiçidir, incəsənət xadimidir, kimdi bunlar? Ölkə əhalisinin gör nə qədəri onların səviyyəsindədir, səviyyəniz budur bax”, - o bildirib.

Nadir Qafarzadə ad çəkməsə də, gələn rəylərdə onun Nia, Sabir və Furkan adlı 3 tiktokeri nəzərdə tutduğu yazılıb.
 

# 16815
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar