“Göyçək Fatimə”  plastik əməliyyat olunacaq
06 mart 2024 15:24 (UTC +04:00)

“Göyçək Fatimə” plastik əməliyyat olunacaq

“Göyçək Fatimə”  təxəllüsü ilə tanınan rəqqasə Fatimə Fətəliyeva yağsordurma və bədənşəkilləndirmə əməliyyatlarından sonra indi də buxağına əl gəzdirmək niyyətinə düşüb.

Lent.az-a açıqlama verən rəqqasə bildirib ki,  çənəsinin altında yüngülvari buxaq əmələ gəlib və bu onu narahat edir.

“Deyirlər mənə yaraşır. Amma şəkillərdə, videolarda özümə baxanda qıcıqlanıram. Tezliklə onu aradan qaldıracam”,- deyə rəqqasə bildirib.

Qeyd edək ki, rəqqasə öncələr qaşlarında, dodaqlarında və burnunda estetik prosedurlar etdirib.
 

# 3636
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar