Müğənni Vəfa Şərifova həyat yoldaşının ona xəyanət etdiyini deyib.
Lent.az-ın canlı yayımında qonaq olan ifaçı ilk dəfə bu barədə danışıb:
“Yoldaşım məni sevməsə boşanaram. Əvvəllər deyirdim ki, beş uşağım olsa da, həyat yoldaşım mənə xəyanət etsə, əl qaldırsa, boşanaram. Mənə xəyanət də etdi, əl də qaldırdı, amma boşanmadım. Dözmərəm dediyim hər şeyə dözdüm. Niyə? Çünki istəmirəm ki, uşağım atasız böyüsün. Mən də başqaları kimi o bataqlıqlara düşmək istəmirəm.
Qadınlar hisləri ilə xəyanət edir. Kişilərdə isə fərqlidir. Dost əhatəsinə qoşulurlar, gedib xəyanət edirlər. Məsələn, deyirlər ki, filankəsdən qorxursan? Gəl, sən də bizlə get. Mənim düşdüyüm xəyanət bu idi. Hisləri ilə kiməsə bağlanarsa, sevərsə, mən ondan boşanaram. Çünki hislərim, sevgim mənim üçün dəyərlidir”.
Vəfa daha sonra bildirib ki, həyat yoldaşı ona əl də qaldırıb:
“Hər zaman düşünürdüm ki, qadın böyük səhv edərsə, döyülər. Amma yaş ötdükcə anlayırsan ki, qısqanclıqdan, çox istəməyindən də belə şeylər ola bilər. Döyülmək qadına böyük travma yaşadır. Allah heç bir qadına bu travmanı qismət eləməsin”.
Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. Cütlüyün bu evlilikdən bir qızı var.