İş adamı, Azərbaycanın Xalq artisti Emin Ağalarov dənizə baxan villasının içini ilk dəfə nümayiş etdirib. O, kadrları “Instagram”da yayımlayıb.
Lent.az xəbər verir ki, o, Bakıdakı evinin Xəzər dənizinə baxan hissəsini lentə alıb. Xalq artisti videoya balkonu olan panoramalı yataq otağı ilə başlayıb. Daha sonra soyunub-geyinmə otağının içini, eləcə də mərmər pilləkənləri və dəbdəbəli üslubda zalları göstərib.
Videonun sonunda o, tennis məşqinə gedib.