Dünyaca məşhur müğənni Doca Kət stili ilə dünya gündəmində müzakirə yaradıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi Nyu-Yorkda ötən günlərdə baş tutan “MTV Video Music Awards 2023” mükafatının təqdimetmə mərasiminə qatılıb. Dünya şöhrətli dizayner Monsenin kolleksiyasından geyinən Doca qırmızı xalıdakı hörümçək toruyla diqqət çəkib.
Qeyd edək ki, bu görüntü izləyicilər tərəfindən bəyənilməyib və tənqid atəşinə tutulub.
Həmin görüntüləri təqdim edirik: