Dilarə Əliyeva  SÖZ ATDI  : "Onları verilişimə çağırmıram" - VİDEO
09 mart 2022 11:05 (UTC +04:00)

Dilarə Əliyeva SÖZ ATDI : "Onları verilişimə çağırmıram" - VİDEO

Əməkdar artist Dilarə Əliyeva aparıcılıq etdiyi "Söhbət var" verilişinə dəvət etdiyi qonaqlar barədə danışıb.

Lent.az-ın məlumatına görə, aktrisa bildirib ki, proqramına hər ifaçını çağırmır: 
"Hamı məni 23 ildir tanıyır. Bilirlər ki, bu kresloda oturmağa haqqı olmayanları dəvət etmirəm. Kimsəyə başqa, burada başqa söz deyib yola salmaq istəmirəm. Bu kresloda oturmağa haqqı çatan, sözləri deyə biləcəyim insanları çağırıram. Çünki sənətdən başım çıxır, sənətkarın hansı əziyyətlər hesabına gəldiyini bilirəm. Heç kimin qocalmasını istəmirəm. Cavan ikən biz insana dəyər verib, ruhlandırmağı bilməliyik". 

Qeyd edək ki, Dilarə Əliyevanın verilişinin rəhbəri həyat yoldaşı Oqtay Əliyevdir. Onun müğənnilər Natavan Həbibi, Xatirə İslam, Kərim Abbasov, reper Elşad Xose ilə sözləri çəpləşib. Onlar bu günə qədər həmin verilişdə iştirak etməyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5103
avatar

Yalçın UĞUR

Oxşar yazılar