“Dünya gözəlləri tətildə” adlı proqramda Bülent Ersoy və Safiye Soymanın hamamda bir-birini yuyarkən görüntüləri sosial mediada trend mövzusu olub.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Bülent Ərsoy, Banu Alkan və Safiye Soymanın bir araya gəldiyi "Dünya gözəlləri tətildə" yeni bölümü ilə ekranlara qayıdıb. Yeni bölümdə Bülent Ersoyla Safiye Soymanın hamamda yuyunduğu anlar bomba kimi gündəmə gəlib.
Bir neçə ay əvvəl efirdən götürülən “Dünya gözəlləri tətildə” tamaşaçılara böyük sürprizlə qayıdıb.
“YouTube”da yayımlanmağa başlayan proqramın ilk bölümündə Safiye Soymanla Bülent Ersoyun hamamda bir-birini yuduğu anlar gündəm olub. Cütlük yeməklə birlikdə çimib, sonra bir-birini yuyub.
Bülent Ersoy və Safiye Soymanın türk hamamında görünməsi ilə bağlı "Onların türk hamamı əyləncəsi heyrətamiz idi", "Gəlin gündəlik əyləncə dozamızı alaq", "Bülent Ersoyu türk hamamı epizodlarına necə razı saldınız" kimi şərhlər gəlib.