Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva bağ evini satır.
Lent.az-ın məlumatına görə, rəqqasə bu barədə “Həmin Zaur” verilişində danışıb. O, bildirib ki, artıq bağını satışa çıxarıb:
"Bağım Şüvəlan qəsəbəsindədir. Çox böyük tikmişəm, heç ikinci mərtəbəyə çıxan yoxdur. Ona görə də tamaşaçılar hər dəfə deyir ki, gözləri doymur. 200 minə satıram. Mebeli, hər şeyi içində. 6 sot torpaq sahəsi, hovuzu da var".