Azərbaycanlı müğənniyə miras qızıllar qaldı - VİDEO
15 mart 2022 16:03 (UTC +04:00)

Azərbaycanlı müğənniyə miras qızıllar qaldı - VİDEO

Müğənni Zahidə Günəşə anasından miras qalıb.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə "Elgizlə izlə" verilişində deyib:

"6 uşağıq, böyük qardaşım rəhmətə getdi. Anam bacımgildə rəhmətə getdi. Oğlu məni çağırdı ki, nənə özünü pis hiss edirdi, çantanı verib ki, sənə çatdıraq. Mənə verməyə də bilərdilər, götürərdilər. Çantanı götürdüm, qoydum kənara. Rayondakı böyük mülkümüzün açarını da mənə verdilər.

Şəkillərimizin arasında anamın vəsiyyətini tapdıq. Evi bir bacıma və mənə verdi. Qardaşım və bacılarım dedi ki, evin balacasısan, heç nədə gözümüz yoxdur. Evi də, brilyantlar da mənə qaldı. Satdım, Bakıdan ev aldım. Pandemiyada da qızılları satdım. Azərbaycandan kənara çıxmadım, burada qaldım. 

Müğənnilər var, hər şeyini satır, efirə xərcləyir. Mən isə satdım, böyük həyət evi aldım".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5145
avatar

Yalçın UĞUR

Oxşar yazılar