Azərbaycanlı aktyor xərçəngə tutuldu - Əməliyyat olunacaq
12 oktyabr 2021 11:34 (UTC +04:00)

Azərbaycanlı aktyor xərçəngə tutuldu - Əməliyyat olunacaq

Əməkdar artist Niftulla Əsgərov xərçəng xəstəliyindən əziyyət çəkir.

Lent.az xəbər verir ki, bu barədə aktyor Müşviq Şahverdiyev məlumat verib.

O bildirib ki, N.Əsgərov mədəsindən əməliyyat olunacaq: “Niftulla Əsgərov onkoloji xəstəlikdən əziyyət çəkir. İki gün sonra əməliyyata girəcək”.

Qeyd edək ki, aktyor “Qərib cinlər diyarında”, “Bığ əhvalatı”, “My name is İntiqam”, “Bayram axşamı” kimi filmlərdə rol alıb.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13635
avatar

Yalçın UĞUR

Oxşar yazılar