Ayseldən evlilik iddialarına  CAVAB:   "Ərimin şəklini tapanda..."
09 dekabr 2022 12:25 (UTC +04:00)

Ayseldən evlilik iddialarına CAVAB: "Ərimin şəklini tapanda..."

Müğənni Aysel Əlizadə paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, haqqında yayılan evlənib-boşanma xəbərlərinə ilk dəfə öz "Instagram" hesabında cavab verib. 

"Həyat yoldaşımın şəklini tapanda mənə də atın, görüm, ərim kimdir? Mən də tanıyım. Sabah üz-üzə gələrəm, salam vermərəm. Ayıb olar. Dediyim cavablar, açıqlamalar sərf etmir bəzilərinə. Sadəcə, hər zaman qalmaqaldan söz-söhbətdən qaçmışam. Amma susduqca, baxıram ki, elə dost dediklərim mövzunu uzadır".

Qeyd edək ki, daha öncə müğənni Sevinc Ağaşirinova həmkarı Aysel Əlizadənin Türkiyədə evlənib boşandığını iddia edib.

# 86580
avatar

Nigar Namiq

Oxşar yazılar