Aynur Dadaşova qısa geyiminə görə TƏNQİD OLUNDU:  "Məni qısqanırlar"
20 iyun 2024 11:28 (UTC +04:00)

Aynur Dadaşova qısa geyiminə görə TƏNQİD OLUNDU: "Məni qısqanırlar"

“Geyim, tərbiyə, əxlaq yaşa baxmır. Geyimlə tərbiyə ölçülmür. Qapalı geyinib amma qadına yaraşmayan elə bir hərəkət edə bilər ki... İnsanın xasiyyəti geyimə bağlı bir şey deyil”.

Lent.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu verilişdə onun efirə geyindiyi qısa libasını tənqid edənlərə cavab olaraq deyib:

“Mən 60 yaşımda belə geyinsəm, deyərəm ki, ayıbdır. Amma indi mənim nə yaşım. Mən 11 yaşımdan efirdəyəm. 20 yaşlı oğlum və 12 yaşında qızım var. Həmkarlarım hər zaman söyləyirlər ki, biz özümüzə görə yaşamırıq. Biz kiməsə görə yaşayırıq. Mənim bu geyimimə xoşaqəlməz rəylər yazsalar yalnız məni qısqanan xanımlar yaza bilər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3435
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar