Xalq artisti Aygün Kazımova
20 sentyabr 2021 14:51 (UTC +04:00)

Xalq artisti Aygün Kazımova

Aygün Kazımova keçmiş əri barədə NƏLƏR DEMƏDİ... - "Kobud, qısqanc..."

Xalq artisti Aygün Kazımova keçmiş həyat yoldaşı barədə danışıb. Lent.az-ın məlumatına görə, ifaçı "Söhbət musiqidən gedir" verilişində bu sözləri deyib: 

"Bir "rulon" var idi. İçərisində Vaqif Gərayzadənin bütün arxivi yer alırdı. AzTV-yə gəlirdim, həyat yoldaşım yanımda idi. Çox qısqanc idi, mənimlə kobud rəftar etdi. Əlimdən lent düşdü, açılıb dağıldı. Hamilə idim, qızım ilk təhlükəni onda atlatdı. Gəlib Zülfiyyə Xanbabayevaya dedim, qayıtdı ki, demə, Vaqif müəllim bizi öldürəcək. Sonra Vaqif müəllimə açıb dedim. Həmin an mənə baxdı ki, qarşısında hamilə dayanmışam. Dedi get gözümdən, səni görməyim. Günlərlə oturub onu bərpa etdilər".

Qızı İlqarədən danışan Kazımova "o, məndən də istedadlıdır. Beş yaşından mənimlə böyük səhnələrdədir. Bu gün Xalq artisti var ki, onun çıxdığı səhnəyə ayaq qoymayıb. O, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, İlqar Xəyal, Samir Bağırov kimi əjdahalar yığıncağının olduğu səhnələrə çıxıb. İstedadımız bənzəsə də, xasiyyətcə fərqliyik" sözlərini əlavə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 87426
avatar

Yalçın UĞUR

Oxşar yazılar