Ancelina Colinin ailəsi narahatdır: O, yenidən anoreksiya ola bilər...
11 aprel 2025 14:18 (UTC +04:00)

Ancelina Colinin ailəsi narahatdır: O, yenidən anoreksiya ola bilər...

Aktrisa Ancelina Colinin son zamanlar xeyli arıqlaması övladlarını narahat edir.

Lent.az xəbər verir ki, onlar anasının anoreksiya xəstəliyinin yenidən qayıtmasından qorxurlar. İnsayderlərin verdiyi məlumata görə, uşaqları onun qidalanmasına nəzarət edir, birgə alış-veriş edir və hər axşam ailə yeməkləri hazırlayaraq anasının çəki almasına kömək etməyə çalışırlar.

Qeyd edək ki, Ancelina Coli ilk dəfə 2013-cü ildə sürətlə çəki itirməyə başlamışdı. Həmin dövrdə o, Bred Pitt ilə evli idi və onun təkidi ilə müalicəyə başlamışdı. Boşanmadan sonra isə Coli yenidən arıqlamağa başladı və anoreksiyanı məğlub edə bildi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036

Oxşar yazılar