Alsu: “Daimi səfərlər ana və arvad roluna uyğun gəlmir”
28 avqust 2023 16:16 (UTC +04:00)

Alsu: “Daimi səfərlər ana və arvad roluna uyğun gəlmir”

Rusiyalı müğənni Alsu “Bonjour” jurnalına maraqlı açıqlamalar verib.

Lent.az-ın xəbərinə görə, müğənni ailə qurduqdan sonra musiqi ilə aktiv şəkildə maraqlana bilmədiyini söyləyib.

“Ailəm və uşaqlarım həmişə öncəlik təşkil edir. Ailə ilə karyerasını eyni şəkildə irəlilədə bilən həmkarlarım qarşısında baş əyirəm, mən bacarmadım. Uşaqlar böyüdülər, mən qastrollara qayıda bilmədim. Ailəmə ziyan vuracaq fəaliyyətə girişə bilmərəm. Daimi səfərlər ana və arvad roluna uyğun gəlmir”,- deyə o qeyd edib.
Alsu 2006-cı ildə biznesmen və milyoner Yan Abramovla ailə qurub. Onun iki qızı, bir oğlu var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3003
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar