Aktyordan xanımına söz atan  müxbirə mükəmməl cavab
25 aprel 2024 17:50 (UTC +04:00)

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

“Deliha” filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı.

Onların qızları Can Asya dünyaya gələnə qədər hər kəs cütlüyün tezliklə ayrılacağını düşünürdü.

Dünən cütlük birlikdə film təqdimatına qatılıb. Müxbir öz xarizmasi ilə minlərlə qadının heyranlığını qazanan aktyora üz tutaraq “sizin yaraşıqılı olmağınız Güpse xanıma əziyyət verir yəqin ki” deyib. Barış Arduc isə, “əksinə, mən onun yanına yaraşmaq üçün çox çalışıram. Dünyanın ən xoş xanımı ilə birlikdəyəm” deməklə  alqış qazanıb.

Sosial şəbəkə istifadəçiləri Barışı xanmı qoruduğuna görə onu təqdir ediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5361
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar