Aktrisa Vəfa Zeynalova
13 mart 2021 16:00 (UTC +04:00)

Aktrisa Vəfa Zeynalova

"Açıq-saçıq obrazlara çəkilə bilərəm" - Əməkdar artist

Əməkdar artist Vəfa Zeynalova filmlərdəki açıq-saçıq səhnələrdən söz açıb.

Lent.az-ın məlumatına görə, aktrisa "MTV Azərbaycan"a açıqlamasında bildirib ki, lazım gələrsə, filmlərdə açıq-saçıq səhnələrdə rol alar:

"Əgər tamaşada lazım gəlsə, zümzümə də edərəm. Amma müğənnilik fəaliyyəti göstərmərəm. Aktrisayam, sənətimi sevirəm, ona vurğunam. Mənim də ailəmdə qısqanclıqlar olub. Amma qarşıma işimlə bağlı qadağalar qoymayıb. O bilir ki, aktrisanın həyat yoldaşıdır, sıradan bir xanımın yox. 

Açıq-saçıq obraz ssenari baxımından öz yerini tutursa, əsaslıdırsa, film üçün əsasdırsa, onu oynayaram. Mənim üçün maraqlı deyil kim nə danışır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8565
avatar

Yalçın UĞUR

Oxşar yazılar