Aparıcı Xoşqədəm Hidayətqızının səsi batıb.
Lent.az-ın məlumatına görə, aparıcı "Səni axtarıram" verilişində danışan zaman çətinlik çəkib. Aparıcı bildirib ki, soyuqladığı üçün səs tellərində problem yaranıb: “Bu səslə danışmaqla sizi də yoruram. Əziz tamaşaçılar, bu vəziyyətdə sizin qarşınızdayam. Məcburam, çünki bu işimdir. Yazırsınız ki, efiri aparmaya da bilərsiniz. Bəs kim aparsın?”