Röya Brillianta QARŞI ÇIXDI: "Erməniyə rəy yazan..." - VİDEO
03 dekabr 2019 09:28 (UTC +04:00)

Röya Brillianta QARŞI ÇIXDI: "Erməniyə rəy yazan..." - VİDEO

Xalq artisti Röya Ayxan həmkarı Brilliant Dadaşovanın erməni musiqiçinin ifasının altına “super” yazmasına münasibət bildirib. Lent.az-ın məlumatına görə, Röya “3 D” verilişində bildirib ki, Brilliantın bu addımı düzgün deyil:

 

“Brilliant xanım sonradan o şərhi niyə sildi? Deməli öz etdiyinə inanmaq istəmədi. Qardaş, danışmadığım müğənninin mahnısı xoşuma gələr, zümzümə edərəm, amma mənim millətimi incidən millətə super yazmaram. Yaza da bilmərəm. Mən qarabağlıyam. Mənim bütün nəslim öz vətənindən didərgin düşüb. Hamısının əziyyətini çəkirəm. Bu qədər əziyyətin arasında ona super yazmaram. Mənim mahnımı oxusalar belə. Heç vaxt. Brilliant xanımla bu barədə heç razı deyiləm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6972

Oxşar yazılar