66 yaşlı Xalq artisti imicini dəyişdi - Tanınmaz halda
04 sentyabr 2023 18:06 (UTC +04:00)

66 yaşlı Xalq artisti imicini dəyişdi - Tanınmaz halda

Rusiyanın Xalq artisti 66 yaşlı Yuri Stoyanov imicini kəskin dəyişməklə izləyicilərini heyrətləndirib.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, aktyor bildirib ki, bununla yaşın yalnız rəqəmlərdən ibarət olduğunu sübut eləməyə çalışıb. Yeni çəkiləcəyi filmin reklamı üçün gənc həmkarı ilə kamera qarşısına keçən aktyor o qədər fərqli obrazlarla görünüb ki, onu tanımaq çətinlik yaradıb.

Sosial şəbəkələrdə çox aktiv olan Stoyanov bunu müasir gənclərlə yaxşı anlaşa bilməsi ilə izah edib.

“Adətən gənclərə yalnız gənclər diqqət göstərirlər. Amma 60-dan çox yaşı olan kişi onlara maraqlıdırsa, bu əmək tələb edir. Mən gəncləri anlamalıyam. Sosial şəbəkədə izləyicilərimin böyük əksəriyyəti onlardır. Bu mənə xoş gəlir”, - deyə aktyor bildirib.

Stoyanov 3 dəfə ailə qurub. Birinci nikahdan olan 2 oğlu ondan inciyərək, analarının ərə getdiyi kişinin soyadını daşıyır. O isə üçüncü arvadının 3 qızına atalıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 63105

Oxşar yazılar