Azərbaycanın ən zövqlü və gözəl geyinən kişi müğənniləri - TOP 10
17 noyabr 2009 19:45 (UTC +04:00)

Azərbaycanın ən zövqlü və gözəl geyinən kişi müğənniləri - TOP 10

Lent.az səhnəmizin kişi müğənnilərinin geyim reytinqini öyrəndi

Azərbaycan estradasının kişi müğənniləri stil, imic və görünüşlərinə görə göz qamaşdıran məşhur dünya ulduzlarını xatırlatmasalar da, özünəməxsus tərz və davranışları ilə seçilə biliblər - hə, belə demək olar...

Demək olar ki, hər birinin özünə xas tərzi var, kimiləri stili ilə xüsusi bir ab-hava yarada bilib.

Bəziləri cəlbedici və eyni zamanda sadə olmaq arasındakı xətti hələ də dəqiqləşdirə bilməyib. Bəzilərinə hələ də anlamaq çətiindir ki, ətrafa yaydığı enerji və üzərindəki paltarları bir-biriylə uyğunlaşdıra bilsə, kifayətdir... Onlar nəyisə axtarır və əlavə elementlər arasında şit və xoşagəlməz görünərək, itib-batırlar. Demək, doğru yerdə nəyi istifadə edəcəklərini bilmirlər...

Qəşəng geyinmək böyük markalara böyük pullar xərcləmək deyil, marka kimi təəssüratın da əhəmiyətli ölçüsü var. Danışmaq, davranış və paltar xarakterə dair ipucları verir. Lent.az sadalananları nəzərə alaraq və özlərini olduğu kimi əks etdirmək, səhv təəssürat yaratmamaq üçün ulduzlarımız göstərdiyi səyin nədən ibarət olduğunu bilmək üçün stilist Syamanın (Samirə) rəyini təqdim edir. Stilist altsıralama ilə estardanın nisbətən yaxşı geyinən müğənnilərini sadalayıb.


10. İzzət - Ona köynəyində yaxalıq qaldırmamağı məsləhət görürəm. Bu, artıq çoxdan dəbdən düşüb.

9. Ədalət Şükürov - Öz yaşına görə pis geyinmir, amma bəzən stilini səhv müəyyən edir.

8. Namiq Qaraçuxurlu - Deməzdim ki, pis geyinir. Özünə sadiqdir. Stillə geyinən kişi də demək olmaz, lakonikdir.

7. Faiq Ağayev - Saç düzümü ilə işləməyi məsləhət görərdim. Bundan başqa, kostyumlarında və rəng çalarlarında qüsurlar var. Mən başa düşürəm, səhnə adamıdır, lakin parlaq rənglərdən çox, sakit rənglərə üstünlük versə, yaxşı olar.

6. Elnur Məmmədov (“Şeron”un keçmiş solisti) - Geyimi xoşdur, lakin parlaq və alışan rəngləri çox sevir. Bu mövsüm bu tərz geyimlərdən imtina etməsini tövsiyə edərdim, çünki dəb deyil.

5. Abbas Bağırov - Bədən quruluşuna fikir verməyi məsləhət görərdim, maraqlı geyinir, pencəyi, şalvarları xoşuma gəlir, amma bədən quruluşuna görə xoşagələn görünmür.

4. Xəyyam Nisanov - Onun problemi rənglərdədir. Rəngləri uyğun seçmir. Bu, qabarıq şəkildə özünü büruzə verir. Və qətiyyən onun tipinə uyğun deyil.

3. Zamiq - O çox çalışır ki, stilli müğənni olsun. Hərdən bu, uğurlu nəticə verir. Lakin köhnə dəbdən ayrılmamağı onu yerində saymağa məcbur edir.

2. Samir Cavadzadə - Onun çox zövqlü olduğunu düşünürəm. Son günlər arıqlayıb və gözəl formada olması üçün əlverişli şərait yaranıb.

1. Elnur - O da Samir kimi super zövqlüdür. Milli ənənədən uzaqlaşmayaraq, ultramodern və avropasayağı geyinir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1083

Oxşar yazılar