Oksana Rəsulova: “Kafeyə mən də gedirəm, Fatimə də gedir” - MÜSAHİBƏ
14 noyabr 2009 13:00 (UTC +04:00)

Oksana Rəsulova: “Kafeyə mən də gedirəm, Fatimə də gedir” - MÜSAHİBƏ

Rəqqasə Oksana Rəsulova böyük layihə üzərində çalışır. Son vaxtlar tez-tez adı rəqqasə Fatimə ilə söz savaşında hallanan sənətçi Lent.az-a son müsahibəsində bir daha qalmaqala girməyəcəyini vəd vermişdi. Ancaq Rəsulova yenidən Fatimənin açıqlamalarına cavab verməli oldu. Və bu cavabını da yeni layihəsi ilə əlaqələndirdi. Rəqqasə bu dəfəki açıqlamasının da sonuncu olacağını dedi:

- O mənim haqqımda deyib ki, guya səhər axşam restoran, kafelər gəzirəm. Bu, tamamilə yalandır! Onların o qədər ürəkləri doludur ki, bilmirəm, niyə? Efir, internet vasitəsi ilə danışırlar. Mən onlar baxıram... Qoy ürəklərini boşaltsınlar. Mənim vaxtım yoxdur qalmaqal etməyə. Fatimə xanımın deyəsən vaxtı çoxdur. Mənim sənətimdə qüsur tapmırlar. İndi də girişiblər şəxsi həyatım barədə danışmağa. Mən atamla, anamla yaşayıram. Səhər saat 11-dən axşam 11-ə qədər mənim işlərim ola bilər, o saatdan sonra evə gəlib yatıram. Kafeyə hamı gedir. Mən də gedirəm, Fatimə də gedir. Mən əylənməyə gedirəm, istirahət edirəm, dostlarımın, yaxınlarımın toylarında iştirak edib, pul xərcləyirəm. Amma o nə edir, bir Allah bilir... Gəlsin, mənim sənətimlə rəqabət aparsın, irad tutsun! Onlar sənətimdə qüsur görə bilmirlər...

- Axı sən son söhbətimizdə demişdin ki, bir də atmacalara, qalmaqala qarışmayacaqsan..

- Ay sağ olun! Mən demişdim...

- Sən incəsənət adamısan, təbii ki, hamı sənin haqqında birmənalı düşünə bilməz.

- Bu mənada mən açıqlama verməliyəm. Yalandan niyə mənim barəmdə uydurma danışmalıdırlar?

- Sənin sənətini qısqanan təkcə Fatimədir? Qalan rəqqasələrlə dostluq münasibətindəsən?

- Bəli. Mənim münaqişəli olduğum heç bir sənətçi yoxdur. Mənim Məryəm Süleymanova, Roza Cəlilova və Təranə Muradova ilə çox gözəl münasibətlərim var.

- Vaxt var idi, rəqs aləmində bütün qızlar bir-birinə düşmən idilər. Nə yaxşı səni qəbul edirlər?

- Çünki təmiz niyyət olmalıdır. Adam gərək xeyirxah olsun. O özünə qarşı elə bir münasibət qazanıb ki, hamı onunla dalaşır. Mən tənqidi sevən insanam. Kimsə mənim sənətimlə bağlı tənqid deyə bilər. Lakin özümlə bağlı danışa bilməz. Həmişə öz səhvlərim üzərində də işləmişəm. Buna görə indiki zamanda mənim uğurlarım var.

- Sabah sənin şəxsi həyatınla bağlı başqa bir insan çıxıb danışsa, sən o adama da cavab verəcəksən? Bu adamların sayı artsa, bir neçə nəfər olsa, bir neçə dəfə danışmaq məcburiyyətində qalacaqsan?

- Mən başa düşmürəm, mənim şəxsi həyatım kimi maraqlandırmalıdır ki?

- Təbii ki, uğurlar çoxalanda insanı sevməyənlər də üzə çıxır. Həyatda elə bir insan yoxdur ki, onun haqqında birmənalı fikir olsun. Bir fakt da var ki, münaqişədə olan bütün insanlar bir-biri barəsində yaxşı danışmırlar. Kənardakılar belə vəziyyətlərdə atmacaların mahiyyətini başa düşürlər. Hər sözə cavab verməyə ehtiyac var?

- Mən özümə bəraət verdim. Onun şəxsi həyatı barədə danışmamışam. Sən jurnalistsən, insanlara maraqlı olduğum üçün mənə sual verə bilərsən. Mən də bu sualı ya cavablandıra bilərəm, ya da bəzi suallara cavab vermək istəmərəm. Biri var ki, nəsə deyirlər, biri də var, ekrana çıxıb, insanları nəyəsə inandırmağa çalışırlar. Camaatın gözündə axı niyə pis olmalıyam? Mənim şəxsi həyatıma heç kim qarışmasın. Mən kimin həyatına müdaxilə edirəm? Mənim haqqımda artıq nə danışırlar, danışsınlar. Mən onlara həkim taktikası ilə baxıram. Allah şəfa versin...

- Oksana, bu nə layihədir ki, səni qalmaqaldan tamam ayırıb?


- Beynəlxalq rəqslər olacaq. Altı qız, altı oğlan yarışacaq. Bu müsabiqəyə ulduzlar da dəvət olunacaq. Onlar da həmin iştirakçılarla rəqs quracaq. Çox gözəl layihə olacaq. Çox istəyirəm ki, peşəkar rəqqaslarımızı müsabiqədə münsiflər heyətində görək. Bu uşaqlarla böyük təcrübəsi olan mütəxəssislər işləyəcək. Həmin rəqqaslar beynəlxalq müsabiqələr üçün hazırlanır. İstəyirik rəqs aləmində hərtərəfli yüksəlmə olsun.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337

Oxşar yazılar