Əli Mirəliyev: “Danışıramsa, deməli hər şey qaydasındadır”
16 fevral 2011 12:24 (UTC +04:00)

Əli Mirəliyev: “Danışıramsa, deməli hər şey qaydasındadır”

“Mən axırıncı dəfə 2008-ci ildə insult keçirmişəm. Səhhətimdə problem olmayıb. Yayılan xəbərlər həqiqətə uyğun deyil. Sizinlə danışıramsa, deməli hər şey qaydasındadır”.


Bunu Lent.az-a müğənni Əli Mirəliyev deyib. Müğənni insult keçirməsi barədə yayılan xəbəri qətiyyətlə təkzib edib.


Qeyd edək ki, sənətçinin 2-3 gün əvvəl səhhətində problem yarandığı barədə məlumat yayılıb. Məlumata görə, nəticədə müğənni iflic olub. Həyat yoldaşı həkim olan Ə.Mirəliyev xanımının nəzarəti altında ev şəraitində müalicə olunur.

Müğənni özü xəbəri təkzib etsə də, adının mətbuatda açıqlanmasını istəməyən həmkarı onun səhhətində həqiqətən də narahatlıq olduğunu iddia edib.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785

Oxşar yazılar