“Klan a Plan” rep qrupu yeni diskini təqdim edib
“Sponsor yoxluğundan şikayət edəndə “Prestige”in nümayəndəsi bizə yaxınlaşdı”
Populyar rep qrupu “Klan a Plan” bu gün yeni diskini təqdim edib. Lent.az-ın məlumatına görə, mətbuat konfransında müğənni Rəhim Rəhimli və “Dəyirman” qrupunun üzvü Miryusif də iştirak edib.
Albomda 20 rep yer alıb. Replərin sözü və musiqisi qrupun üzvləri Anar, Ramin, Azər, Fərid və Rüfətə aiddir.
Diskdə “Dəyirman” qrupunun üzvü Miryusif, Ayaz, Araz, Azad Şabanovla və nigeriyalı müğənni Crazy Money ilə duetlər də yer alıb.
Qeyd edək ki, diskin ərsəyə gəlməsində qrupun sponsoru “Prestige” şirkətinin əməyi var. Qrupun üzvləri şirkətlə tanışlığının tarixini danışıb: “Məkanların birində yığşıb sponsor yoxluğundan şikayətlənirdik. Həmin vaxt indi bizə sponsorluq edən şirkətin nümayəndəsi Mircəfər yaxınlaşıb, köməyini təklif etdi. O vaxtdan yaradıcılıq əməkdaşlığına başladıq”.
Lalə Yusifqızı

Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35