“Müğənni Röyanın müzikldə rol ala bilər”
14 may 2009 15:15 (UTC +04:00)

“Müğənni Röyanın müzikldə rol ala bilər”

Gövhər Həsənzadə “Eurovision-2008” təmsilçilərimizi yenidən Avropaya təqdim etməyə hazırlaşır

Bəstəkar Gövhər Həsənzadə ötən il ölkəmizi “Eurovision-2008” mahnı müsabiqəsində təmsil edən Samir Cavadzadə və Elnur Hüseynovla birlikdə yenidən Avropaya üz tutur. Bu barədə bəstəkar Lent.az-a açıqlamasında deyib: “Bu, müzikldir. Loru dillə desək, artıq skelet hazırdır. Müzkl ilk olaraq texniki formada təqdim olunacaq. Hələlik orkestrə imkan yoxdur. Müzakirədən sonra yəqin canlı orkestrə müraciət ediləcək. Əvvəl media işçiləri dinləyəndən sonra artıq profesionallar arasında müzakirələr olacaq”.

G.Həsənzadə müzikldə bir çox müğənnilərin yer alacağını deyib: “Müğənni Röyanın iştirakı nəzərdə tutulur. Tək Röya deyil, başqaları da fikrimizdə var. Layihə musiqili komediya tərəfindən sifariş olunub. Sonda hansı təşkilat bu müzklin səhnələşdirilməsini öz üzərinə götürsə, o qurumun təklifləri nəzərə alınacaq. Lakin Samir ilə Elnur şübhəsiz orada olacaq. Çünki onlar üçün yazılan musiqi materialı burda daha genişdir. O ifanı yalnız onlar edə bilər. Və ümumiyyətlə, müzikl Elnurun ən böyük arzusu olub”.

Həsənzadə Samir ilə Elnurun yenidən Avropanı təəccübləndirəcəyini vəd edib: “Elə Belqraddan biz bunu planlaşdırmışdıq və biz ən azı “Eurovision”dakı çıxış qədər insanları heyrətləndirəcəyik. Bu, bir Şərq müzikli olacaq. Avropa bizi avropalı kimi birinci dəfə qəbul etdi. Azərbaycan bu gün inkişafına görə hər bir cəhətdən heçdə Avropadan geri qalmır, sadəcə, bunu əziyyət çəkib meydana çıxarmaq lazımdır”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868

Oxşar yazılar