“Yeni ulduz”un qalibinin porno-görüntüləri yayıldı
12 may 2009 20:50 (UTC +04:00)

“Yeni ulduz”un qalibinin porno-görüntüləri yayıldı

Vüqar Muradov: “O qızın rəfiqəsi mənə müəyyən təkliflər göndərmişdi...”

Mobil telefonlarda “Yeni ulduz” müsabiqəsinin 6-cı qalibi müğənni Vüqar Muradovun olduğu iddia edilən porno-görüntülər yayılıb. Azərbaycanda nadir rast gəlinən belə bir hadisə ilə bağlı həqiqəti öyrənmək üçün müğənninin özü ilə əlaqə saxladıq. Müğənni Lent.az-a açıqlamasında dedi ki, bu, ona qarşı atılan bir addımın nəticəsində yaranıb: “Mən bir qızla ciddi münasibətdəyəm. Həmin qızın rəfiqəsi mənə müəyyən təkliflər göndərmiş, lakin mən də onun dediklərilə razılaşmamışdım. Nəticədə qisas almaq üçün həmin adam mənə qarşı bu addımı atıb. Özü də xəbər yayılıb ki, guya bu kadrları mən özüm çəkib yaymışam. Axı bu necə ola bilər? Mən elə bir ailədə tərbiyə almışam ki, belə hərəkət etməyim mümkünsüzdür”.

Ən maraqlısı isə odur ki, sözügedən videokadrlarda Vüqarın partnyoru qismində onun sevdiyi qız göstərilir: “O kadrların əsli var. Əsl kadrlarda başqa şeylər var, heç bir intim hərəkət yer almayıb. Həmin kadrları video-montaj edib, ortaya başqa şey çıxarıblar. Mən yayılmış kadrların əslini geniş ictimaiyyətə təqdim edəcəyəm”.

V.Muradov yataq səhnələrinin yer aldığı həmin kadrların əslində montaj olunduğunu deyib: “Həmin kadrlar videomontaj olunub”. Müğənni kadrları videomontaj edərək yayan qadının sonradan bu hərəkətindən peşman olduğunu da deyib: “Bu, hər bir şou-biznes rümayəndəsinin başına gələ bilər. Hələ yaxşı ki, o kadrlarda əks cinsin nümayəndəsi yer alıb...”
# 5674

Oxşar yazılar