Patrisiya Kaas: “Azərbaycanda həyatımın kişisini tapdım” - MÜSAHİBƏ
“Eurovision-2009” müsabiqəsində Fransanı təmsil edən, dünya şöhrətli müğənni Patrisiya Kaasın APA-ya müsahibəsi
- Dünyada bu qədər tanınmağınıza rəğmən “Eurovision” müsabiqəsində iştirak etmək istəyinizin səbəbi nədir?
- Çünki müsabiqədə iştirakımı məndən xahiş ediblər. Bu xahiş isə Fransa televiziyası tərəfindən gəlib. Mən onların təklifini yerə sala bilməzdim. Əslində təklif gələndən sonra mahnıya qulaq asdım və çox xoşuma gəldi. Elə müsabiqədə iştirakı qəbul etməyimin əsas səbəblərindən də biri budur. Mahnı çox xoşuma gəldi, öz-özümə dedim ki, bu mənim mahnımdır. Yəni mən bu mahnı ilə müxtəlif ölkələri Parisə gətirə bilərəm.
- Bu mahnını özünüz seçmisiniz? Ümumiyyətlə mahnı nədən bəhs edir?
- Xeyr, bu mahnını özüm seçməmişəm. Bu mahnı təşkilatçı tərəfindən seçilib. Elə ilk dəfə mahnıya qulaq asanda dedim ki, bu mahnını mən ifa etməliyəm, özü də “Eurovision” səhnəsində. Hazırda da dediyimi edirəm. Bu mahnı sevgidən bəhs edir. Bu çox emosional və güclü mahnıdır. Mahnıda bir qadın o öz məhəbbəti üçün hər şeyə hazır olduğunu bəyan edir. Öz məhəbbətini qazanmaq üçün o hər şeyə hazırdır, hətta məhəbbətinə görə ölümə də gedə bilər.
- Maraqlıdır, bəs Patrisiya Kaas özü bu mahnıdakı qadına bənzəyirmi?
- Gərək bu suala fikirləşib cavab verim. Sadəcə özümü və daxilimi tam açmaq istəmirəm. Ancaq səmimi olaraq deyirəm ki, bəli, mahnıdakı qadında özümü tapdım. O qadın mənim kimi düşünür. Ona görə də bu mahnı mənim üçün çox əziz oldu.
- Siz mətbuat konfransında da çıxışınız zamanı qələbənizə inandığınızı dediniz. Buna necə əmin ola bilərsiniz?
- Düşünürəm ki, bu müsabiqədə əsl sənət və musiqi qalib gələcək. Digər şeylərə önəm verməyə ehtiyac yoxdur. Bu müsabiqədə münsiflər heyətinin olması da bu qərarı verməyə səbəb olan amillərdən biridir. Münsiflər heyətində əsl peşəkarlar təmsil olunursa, sözsüz ki, qələbəni də əsl sənət nümayiş etdirən iştirakçı qazanacaq.
- Ümumiyyətlə “Eurovision” müsabiqəsi ilə bağlı fikirləriniz maraqlıdır...
- Daha əvvəllər, yəni 60-70-ci illərdə bu müsabiqəyə baxırdım. Ancaq sonradan baxmadım. Son dörd-beş ildə “Eurovision”a baxmağa başladım. Çünki son dövrlər bu müsabiqədə güclü səslər iştirak edir. Bu il də müsabiqə yüksək səviyyədə təşkil olunub. Müsabiqənin məhz Moskvada keçirilməsindən zövq alıram. Ancaq Parisə qələbə qazandırmaq niyyətindəyəm. Fransa artıq uzun illərdən bəridir ki, bu müsabiqəni təşkil etmək arzusundadır. Bu da mənim adımla bağlı olmalıdır.
- Siz Azərbaycanda çox tanınmış “Cartier” mağazasının açılışında olmusunuz. Azərbaycana gəlişinizi necə xatırlayırsınız?
- Bu, mənim Azərbaycana ilk səfərim idi. Elə ilk səfərim zamanı mən çox təəccübləndim. Həm Bakının özü, həmdə Bakı sakinləri məni təəccübləndirməyi bacardı. Azərbaycan xalqının bu dərəcədə qonaqpərvər və istiqanlı olduğunu düşünmürdüm. Gördüklərim məni fikrimdə yanıltdı. Əslində mən Azərbaycana səfərimi heç planlaşdırmırdım. Çox təəssüflər olsun ki, həmin səfərdə çox gəzə bilmədim, çünki bu planlaşdırılmamış bir səfər idi. Ancaq az gəzməyimə baxmayaraq, Bakını çox sevdim. Çox gözəl şəhəriniz var. İnsanlarına isə söz ola bilməz. Gözəl ürəkləri simalarında əks olunur.
- Səfərinizdən sonra eşitdik ki, Azərbaycanda özünüzsə dost tapmısınız. Bu doğrudurmu?
- Bunu haradan eşitmisiniz? Eşitdiyiniz bir qədər düzdür. Azərbaycanda özümə dost yox, həyatımın kişisi tapdım. Həyatımın kişisi fransızdır, ancaq mən onu Azərbaycanda tapdım. Məhz buna görə də Azərbaycan səfərim həyatımda dönüş etdi.
- Yenidən Azərbaycana gəlməyi düşünürsünüzmü?
- Niyə də olmasın. Yenidən gəlmək istərdim, ancaq bu dəfə bir az çox qalmaq istəyirəm ki, Bakını yaxşıca gəzim. İnşallah Azərbaycanda görüşərik...

1242