Filip Kirkorov: “Aysellə Araş “Eurovision”un favoritlərindir”
Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə və Araş belaruslu təmsilçi Pyotr Yelfimovun müsabiqə çərçivəsində keçirilən partiyasında çıxış ediblər.
APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, belaruslu təmsilçiyə dəstək olan Aysel və Araş “Always” mahnısını ifa ediblər. Tədbirin aparıcısı Ayseli “Eurovision” gözəli adlandırıb. Azərbaycan təmsilçiləri həm qonaqlar, həm də rəqibləri tərəfindən çox isti qarşılanıblar. Münsiflər Heyətinin sədri Filip Kirkorov onlara uğurlar arzulayaraq Aysel və Araşın favoritlər arasında olduğunu gizlətməyib.
Aysel və Araş jurnalistlərə açıqlamalarında yarımfinala ciddi hazırlaşdıqlarını deyiblər. Onlar mayın 9-da “Olimpiyskiy” İdman Kompleksində iknci məşqlərinin keçiriləcəyini söyləyiblər.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri mayın 14-də keçiriləcək ikinci yarımfinalda 12 nömrə altında çıxış edəcəklər.

Oxşar yazılar

Azərbaycanlı məşhurların XƏYANƏT DRAMLARI – Siyahıda kimlər var?
3 iyun 2025 , 15:22
Eşqləri 27 illik bir yuvanı YIXDI: 250 milyon dollarlıq sərvət
3 iyun 2025 , 10:42
Xəyanətini etiraf edən 5 Hollivud ULDUZU
2 iyun 2025 , 18:12
Aysunun keçmiş əri 3-cü dəfə gənc qızla evləndi-VİDEO
2 iyun 2025 , 15:08
Məşhur modelin fotoları YAYILDI
2 iyun 2025 , 13:55
Ceki Çan xatirələrini bölüşdü: "Atam CASUS olub"
2 iyun 2025 , 13:09Nura Suridən BİR TƏSƏLLİ
2 iyun 2025 , 12:01