Dünyanın ən güclü ekstrasensi azərbaycanlı oldu
14 yanvar 2011 09:52 (UTC +04:00)

Dünyanın ən güclü ekstrasensi azərbaycanlı oldu

Lent.az-ın “gazeta.ua” saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı azərbaycanlı dünyanın ən güclü ekstrasenslərin yarışmasında məşhur kahin Uri Qellerin başçılıq etdiyi Beynəlxalq Münsiflər Heyəti tərəfindən qalib elan olunub.

Münsiflər Heyəti ilə bərabər, tamaşaçılar da Xəyal Ələkbərovu qalib seçiblər.

Proqramın prodüseri deyib ki, digər ekstrasenslərdən fərqli olaraq, Xəyal Ələkbərov proqramın birinci buraxılışında bir neçə 10 il əvvəl baş vermiş hadisələri dəqiqliklə təsvir edib və heç vaxt görmədiyi insanların taleyi barədə danışıb. Xəyal Ələkbərov Məhəmməd peyğəmbərin nəslindən olduğunu, “Quran” oxuduğunu bildirib. O, 20 il əvvəl baş vermiş qətlin səbəbini ölmüş uşağın ruhu ilə danışaraq dəqiq müəyyənləşdirib. Prodüser deyib ki, əvvəllər ruhların söhbəti barədə eşidib, ancaq proqramda ona elə gəlib ki, bir neçə dəfə ölülərin ruhları onu çağırıb.

Xəyal Ələkbərov müsabiqədə qalib gəldiyi üçün 250 min qrivna alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3928

Oxşar yazılar