Xuraman Şuşalı: “Həyat yoldaşım bu təklifə qətiyyən razı deyil!”
13 yanvar 2011 17:44 (UTC +04:00)

Xuraman Şuşalı: “Həyat yoldaşım bu təklifə qətiyyən razı deyil!”

Bu barədə ifaçı özü Lent.az-a açıqlama verib: “Həmkarlarımdan fərqli olaraq, mən Məhərrəm ayında nə mahnı yazdırıram, nə də yaradıcılıq işləri görürəm. Gələn ay, inşallah, “Sən dərsə gəlməyəndə” adlı mahnımı ekranlaşdırmaq istəyirəm. Klipimi həyat yoldaşım Elçin çəkəcək”.

Müğənni ana olmağa hazırlaşdığı üçün səhhətində kiçik problemlər olduğunu da deyib: “Ana olmağa hazırlaşdığım üçün bir az səhhətimdə xırda problemlər var. Bununla bağlı bir qədər mətbuatdan uzaqlaşmışam. Müxtəlif informasiya vasitələri həyat yoldaşımla müsahibə etmək istəyirlər. Lakin həyat yoldaşım qətiyyən bu təklifə razı deyil!”

Müğənni fevral ayında yeni albomunu təqdim edəcək.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1082

Oxşar yazılar