Müğənni Röyadan həmkarına gözlənilməz sürpriz
11 yanvar 2011 17:22 (UTC +04:00)

Müğənni Röyadan həmkarına gözlənilməz sürpriz

Lent.az-ın məlumatına görə, anadangəlmə əlil müğənni jurnalistlərin qarşısında həyatda nail olduğu qələbədən danışıb: “Müğənni olmaq mənim arzum idi. Oxumağı çox sevirdim. İnam və iradə ilə istədiyimi əldə etdim. Sponsorum yoxdur, sponsorum Allahdır. Yaxın dostlarım və ailəm isə həmişə mənə kömək olur”.



Təqdimatda “Sevməsəm, ölərəm” klipinin rejissoru Nail Naiboğlu və Muradın yaxın dostu rəqqasə Oksana Rəsulova da iştirak edib. Tədbiri Oksana idarə edib. Murad onların da zəhmətini qiymətləndirib: “Nail gördüyünüz klipi mənə hədiyyə edib. Bu iş təmənnasız olub”.


Nail Naiboğlu Murad ilə tanışlığından danışıb: “Oksanaya söz vermişdim ki, ona pulsuz klip çəkəcəyəm. Bir gün Oksana mənə zəng vurdu, “fikrində qərarlısansa, klip çəkək” dedi. Xahiş etdi ki, özünə yox, Murada klip çəkim. Murad Sadıxla klip çəkilişində tanış olduq”.

Təqdimatda Murad Sadıxın ölkədən kənarda qazandığı nailiyyətlər də vidoeçarxda nümayiş etdirilib.


Murad Sadıx klip təqdimatında gözləmədiyi sürprizlə qarşılaşıb. Müğənni Röya Muradın klip təqdimatına gələrək, gənc müğənniyə xeyir-dua verib.

Murad Sadıx sürprizə sevinərək Röyaya öz təşəkkürünü bildirib: “Ən böyük arzularımdan biri də Röya ilə duet oxumaqdır”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251

Oxşar yazılar