Maykl Duqlas : “Qırtlağımdakı şiş yoxa çıxıb”
“Hollivud” ulduzu Maykl Duqlasdan xoş xəbər var. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Maykl Duqlas deyib ki, həkimlərin tezliklə onun xərçəng xəstəliyindən sağaldığını və artıq sağlam olduğunu etiraf edəcəklərinə inanır.
Aktyor bildirib ki, özünü yaxşı hiss edir: “Qırtlağımdakı şiş yoxa çıxıb”.
Hazırda Maykl Duqlas aylıq baxışdan keçəcək. Aktyor artıq əvvəlki çəkisini də bərpa edib. O, Stiven Soderberqin filminin çəkilişinə hazırlaşır. Maykl Duqlas bu filmdə QİÇS-dən vəfat edən şoumen və pianoçu rolunda oynayacaq.

858