Müğənni Nura yenə  kitab satıcısı oldu
10 yanvar 2011 17:58 (UTC +04:00)

Müğənni Nura yenə kitab satıcısı oldu

Lent.az-ın məlumatına görə, Nura bir neçə saatlıq kitab satıcısı olub. O, aksiyada iştirakının səbəbi barədə açıqlama verərkən bildirib ki, insanlarda kitaba marağı artırmaq, onların intellektual səviyyəsinin, zövqünün formalaşmasında mütaliənin, xüsusilə kitab oxumağın böyük əhəmiyyəti var. Bunun üçün də aksiyada məmnuniyyətlə iştirak edib. Həmin gün Nuranı sənət dostları da tək qoymayıb.



Müğənni yanvarın 9-da növbəti dəfə kitab satıcısı olub. “Əli və Nino” kitab evində keçirilən bu aksiyada sənətçi bir neçə saat həm sadə insanlarla ünsiyyətdə olmağa çalışıb, həmdə onlara kitab satıb. Aksiyada müğənninin sənət dostları olub. Azərbaycanı “Eurovision” mahnı yarışmasında təmsil etmiş Səfurə Əlizadə, Samir Cavadzadə də aksiyaya qonaq qismində qatılıblar. Eyni zamanda tanınmış vizajist Nigar İbrahimova, reper Mir Yusif də Nuraya dəstək olmaq üçün mərasim iştirakçıları arasında olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893

Oxşar yazılar