“Toppuş bacı” yenidən 54 kiloqram çəki alıb
16 oktyabr 2010 13:17 (UTC +04:00)

“Toppuş bacı” yenidən 54 kiloqram çəki alıb

Pəhriz və idman vasitəsilə 154 kiloqram çəkidən 100 kiloqrama enən “Toppuş bacı” - Tünzalə Əliyeva çəkisini yenidən 154 kiloqrama çatdırıb. Aktrisa yenidən kökəlməyinin səbəbini Lent.az-a açıqlayıb: “Bu, birdən-birə baş vermədi. Mart ayından yeməyə başladım, gördüm ki, arıqlamışam, paxlavanın bir-ikisindən imtina etmədim, dedim heç nə olmaz... “Heç nə olmaz”lar davam etdikcə bir də gördüm artıq 54 kiloqramı geri qaytarmışam”.

Tünzalə Əliyeva səhhətində ciddi problemlər olduğu üçün kökəldiyini yazan jurnalistlərə də ismarıc göndərib: “Özünü yaxşı hiss edirəm, yazılar əsassızdır. Bütün yayı Bakıda olmuşam. O qədər çox işim olmuşdu ki, hətta Gəncədə valideynlərimə belə baş çəkə bilməmişdim. Özümə də qaranlıq qaldı ki, bu söz-söhbətin mediada yayılmasında kimlər maraqlı idi. Haradasa jurnalistlərdən küsmüşdüm. Lakin kinli olmadığım barışmağı qərara aldım”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266

Oxşar yazılar