“Toppuş bacı” “Kim nə bacarır” telelayihəsində -  FOTO
15 oktyabr 2010 16:10 (UTC +04:00)

“Toppuş bacı” “Kim nə bacarır” telelayihəsində - FOTO

Lent.az-ın məlumatına görə, artistlər “Kim nə bacarır” adlı telelayihədə münsiflər heyətinin kürsüsündə əyləşdiklərini açıqlayıblar.

Münsiflər qeyd edib ki, iştirakçılar arasında yaş məhdudiyyəti olmayacaq. Qeyri-adi bacarığı olan bütün iştirakçılar bu şouda iştirak edə bilərlər.

Elçin Həmidov deyib ki, qalib Ginnesin rekordlar Kitabına düşməklə yanaşı, həm də hədiyyə olaraq ev və maşın alacaq: “Hansı bir insan mənim kimi parodiya etmək qabiliyyətinə malik olarsa, canlı yayımda həmin iştirakçının qarşısında baş əyəcəm”.

Görüş “Toppuş” bacının jurnalistlərlə qızğın polemikası ilə də yadda qalıb.

Əməkdar artist Əkbər Əlizadə iştirakçıların incəsənətə aidiyyatı olmayacağını xəbər verib: “Hər hansı bir peşə sahibi elə bir fitri istedad göstərə bilər ki, bizi belə mat vəziyyətinə sala bilər. Ona görə də üzümü bacarıqlı şəxslərə tutub deyirəm ki, qeydiyyata düşməyə tələssinlər”.


Məlumat üçün bildirək ki, artıq qeydiyyat başlayıb və müxtəlif bacarıqları olan bir çox insan qeydiyyatdan keçib. İlk seçimlər oktyabrın 20-21-də olacaq. Noyabrın ilk həftəsi – ayın 6-sı ilk efir günü olacaq. Həmin gün seçilən namizədlərdən 12 nəfər istedadlarını nümayiş etdirəcəklər və münsiflər heyəti 3 nəfər ən maraqlı istedada malik olan iştirakçını əsas şou üçün seçəcək. Bu qayda ilə ondan sonra gələn 3 həftədə də öz istedadlarını nümayiş edən hər dəfə 12 nəfərdən 3 namizəd əsas teleşouya vəsiqə qazanacaq. Beləliklə, əsas şouda 12 iştirakçı olacaq və hər biri üçün SMS nömrəsi ayrılacaq. Hər həftə ən az SMS toplayan iştirakçı müsabiqəni tərk edəcək. Müsabiqənin qalibi təşkilatçılar və baş sponsor tərəfindən dəyərli hədiyyə ilə mükafatlandırılacaq.
Oktyabrın 20-si və 21-də seçimləri keçiriləcək yarışmanın 6 noyabr tarixində efirdə nümayiş olunacağı gözlənilir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar