Samir Bağırov iki gün dəhşətli dərəcədə arıqlayıb
14 oktyabr 2010 13:11 (UTC +04:00)

Samir Bağırov iki gün dəhşətli dərəcədə arıqlayıb

Lent.az-a daxil olan məlumata görə, müğənni artıq çəkisini 75 kiloqrama endirə bilib. Sürətli arıqlama isə iki gün içində olub.

Məlumatı müğənninin stilisti və dostu Samir Əliyev də təsdiqləyib: “İki gün sonra Samiri görəndə tanınmaz olmuşdu... Sən demə, iştirak etdiyi televiziya proqramlarının birinə tamaşa edib və özündən “qorxub”. İki gün fikirdən yeməyib, içməyib və nəticə yaxşı alınıb”.

Dostu onu da deyib ki, ötən həftə başqa görkəmdə olan müğənni yeni televiziya çəkilişində verilişin aparıcısı Dilarə Əliyeva və proqramın qonağı Zülfiyyə Xanbabayevanı da əməlli-başlı təəccübləndirib.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751

Oxşar yazılar