“Toppuş Bacı” münsif kürsüsündə əyləşəcək
Yaxın günlərdə televiziya tamaşaçıları “Kim nə bacarır” adlı yeni bir telelayihəni izləmək şansı qazanacaqlar. Layihəni ərsəyə gətirən prodakşndan Lent.az-a verilən məlumata görə, layihə istedadlı insanların üzə çıxarılaraq, tamaşaçılara tanıdılmasına xidmət edəcək. Burada təkcə səs imkanlarına güvənib müğənni olmaq istəyənlər yox, eləcə də müxtəlif sahələrdə özlərini bacarıqlı hesab edən insanlar yarışacaqlar.
Layihənin münsiflər heyəti kürsüsündə Azərbaycanın üç tanınmış sənətçisi - əməkdar artistlər, Musiqili Komediya Teatrının aktyorları Elçin Həmidov, Əkbər Əlizadə və şou-biznesdə “Toppuş Bacı” təxəllüsü ilə tanınan Tünzalə Əliyeva əyləşəcəklər.
Nəzrin

847