Məşhur cütlük ayrıldı
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Hülyadan öncə Saran münasibətlərinin bitməsi haqda xəbər yayıb: “Ayrılıq barədə istədim ki, özüm danışım. Bəli, üç illik münasibətimiz başa çatdı”.
Hülya Avşar ayrılıq xəbərinə soyuqqanlı münasibət bildirməyə çalışıb: “Sadəddin bəy çox dürüst, əsl kişiliyə sahib olan bir insandır. Mənim üçün önəmli bir şəxsdir. Gözəl münasibətlər yaşadıq və bitdi. Amma mən ona həyatım boyunca hörmət bəsləyəcəyəm. Aramızda çox gözəl bir dostluq münasibətləri olduğundan nə isə mənfi danışaraq, ikimizin də əhvalını pozmaq istəmirəm. Çünki ona zərər gələrsə, indikindən çox, daha artıq üzülərəm. O, bir iş adamıdır və maqazin dünyasıyla həqiqətən əlaqəsi yoxdur. Bundan sonra dostluğumuz davam edəcək ya yox, bunu da bilmirəm. Bircə onu bilirəm ki, ona qarşı hörmətim bitib-tükənməzdir”.

914