“Fatmagülün suçu nə” şöhrəti...
12 oktyabr 2010 11:48 (UTC +04:00)

“Fatmagülün suçu nə” şöhrəti...

“Aşkı-memnu” və “Fatmagülün suçu nə” teleserialları ilə şöhrətin zirvəsini yaxalayan türkiyəli aktrisa Beren Saatın İran filmində rol alacağı ehtimal olunur.



Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 2000-ci ildə Kann Film Festivalında “Sərxoş Atlar Zamanı” filmi ilə Qızıl Kamera Mükafatını qazanan iranlı rejissor Bəhman Qobadi yeni layihəsi üçün Beren Saata əməkdaşlıq təklif etməyə hazırlaşır.



Türkiyədə keçirilən “Altın Portağal” film festivalında rejissorun dördüncü filmi olan “No One Knows About Persian Cats” da nümayiş edilir. Rejissor bu səbəblə hazırda Antalyadadır. Onun Beren Saatla görüşü və yeni layihəsi ilə bağlı müzakirələr aparması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1175

Oxşar yazılar