Müğənni Kərimin işi müşkülə düşəcək...
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsindən Lent.az-a verilən məlumata görə, faktla bağlı araşdırma aparılıb və bu zaman müğənni ilə Səmədova arasında bir neçə başqa mülki məsələnin olması məlum olub. Buna görə də işin həmin istiqamətdə aparılması məqsədəuyğun sayılıb.
Təranə Səmədova problemin ədalətli həllinə ümid etdiyini deyib: “İnanıram ki, ədalətli qərar veriləcək. Açığı, özümə vəkil tutmamışam. Yeri gəlmişkən, Kərimə böyük şans yaratdım. Səbirsizliyim ucbatından Kərimə arzusunda olduğu reklamı etmişəm. 3000 manatı o mənə verməlidir, belə reklam etdiyim üçün... Artıq onunla bağlı heç nəyə təəccüblənmirəm”.
Qeyd edək ki, Təranə Səmədova maşının qaçırılma səbəbini belə izah edib ki, Kərimlə evli olduğu vaxtlarda əri onun evini banka girov qoyaraq, pul götürüb. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq, banka pul ödəməyib. Bu səbəbdən keçmiş həyat yoldaşına hirsli olan menecer “Kral” şadlıq sarayında toy məclisi zamanı stolun üstündən Kərimin avtomobilinin açarını götürərək, sürüb gedib.
Qeyd edək ki, Təranə Səmədova özü polisə gələrək maşını təhvil verib.
Nəzrin

747