Məşhur şoumenin verilişinə qadağa qoyuldu
07 oktyabr 2010 17:21 (UTC +04:00)

Məşhur şoumenin verilişinə qadağa qoyuldu

Lent.az-ın “Zaman” qəzetinin saytına istinadən verdiyi xəbərə görə, proqramın yayımlandığı “Star” kanalının rəhbərliyi veriliş ətrafında yaranan söz-söhbəti əsas gətirərək, belə qərara gəlib.

Qeyd edək ki, Mehmet Əli Ərbilin verilişlərin birində söylədiyi “burda mum söndümü eləyirik”? ifadəsi Türkiyədəki ələvilərin ciddi narazılığı ilə qarşılanmışdı. Daha sonra bir evlilik verilişində 80 yaşındakı adaxlıya “məgər mən qızılbaşam?” deyən Ərbil ələviləri daha da hiddətləndirib.

Verilişin yayımlandığı “Star” televiziyası ələvilərdən üzr istəsə və Mehmet bəyin sözlərinin yanlış anlaşıldığını desə də, qarşı tərəf sakitləşməyib. Əvəzində bir qrup insan “Star” televiziyasının da məxsus olduğu “Doğan” media holdinqin qarşısına toplanaraq Ərbilin cəzalandırılmasını tələb etmişdi. Vəziyyəti belə görən telekanal bu gün verilişin yayımına son verilməsi qərarına gəlib və dərhal bununla bağlı açıqlama yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar