Aşıq Samirənin toyu oldu - FOTO
02 oktyabr 2010 13:57 (UTC +04:00)

Aşıq Samirənin toyu oldu - FOTO

Lent.az-ın məlumatına görə, aşıq Samirə prodüser Rizvan Məmmədovla ailə həyatı qurub. Bu, aşıq xanımın ikinci evliliyidir.

Samirə və Rizvan "İkinci bahar" adını verdikləri toyların keçirildiyi yeri özəl təhlükəsizlik xidmətinin əməkdaşları mühafizə edirdilər. Tanınmış teleaparıcı Nərgiz Cəlilovanın idarə etdiyi məclisdə sənət adamları o qədər də çox deyildi. Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Ələsgərova, müğənnilər Lalə Məmmədova, Röya Ayxan, Ramal İsrafilov, Aygün Rəhimova, Könül Kərimova, Elşad Qarayev, aktyor Rafael Dadaşov, bəstəkar Cabbar Musayev məclis iştirakçıları arasında idi. Xalq artisti Nazpəri Dostəliyeva bəylə gəlin üçün xüsusi gül çələngi göndərmişdi.

Mərasimin sonunda Rizvan mühafizə əməkdaşlarının media qarşı kobud davranışına görə üzrxahlıq edib, şəxsi məsələlərinə görə zala jurnalistlərin buraxılmadıqlarını söylədi.

Bəy və gəlin başda olmaqla, qonaqlar yüksək əhval ruhiyyə ilə saat 01.00 radələrində məkanı tərk ediblər.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4093

Oxşar yazılar