“Kurtlar vadisi”nin “Çakır”ı Samir Piriyevin pərəstişkarı imiş! - EKSKLÜZİV
21 aprel 2009 11:00 (UTC +04:00)

“Kurtlar vadisi”nin “Çakır”ı Samir Piriyevin pərəstişkarı imiş! - EKSKLÜZİV

“May ayına konsert planlaşdırıram”

Türkiyənin məşhur “Kurtlar vadisi” serialından “Çakır” obrazı ilə tanınan Oktay Kaynarca Samir Piriyevin pərəstişkarı imiş. Bu barədə yenicə Türkiyə səfərindən qayıdan Samir Piriyev Lent.az-a eksklüziv açıqlamasında bildirib: “Bu günlərdə “Sən türkünü söylə” müsabiqəsinin finalında çıxış etdim. Münsiflər heyətinin tərkibində Çakır obrazı ilə tanınan Oktay Kaynarca da iştirak edirdi. Proqramda da birinci o məni təqdim etdi.
Finaldan sonra yaxınlaşıb məni qucaqladı və yarışmanın ilk günündən məni izlədiyini, “sənə çox baxırdım, çox da dəstək olurdum”, dedi”.

Samir Piriyev Türkiyə mediasından böyük maraq gördüyünü qeyd edib: “Oranın mediası konsertdən sonra mənə yaxınlaşdı, yaradıcılıq planlarımı soruşdu”.

Müğənni may ayında Türkiyənin məşhur müğənnisi Zərrin Özərlə Azərbaycan səhnəsində konsert verəciyini də deyib: “May ayına konsert planlaşdırıram. Hələ ki konsertin məkanı məlum deyil. İki orkestrlə çıxış edəcəm. Bunlardan biri türklərin ansamblı, o biri də öz ansamblım olacaq. Repertuarımda həm türk, həm də Azərbaycan mahnıları olacaq. Qeyd edim ki, bu konsertdə Zərrin Özər də olacaq. Bir yerdə çıxış etməyi planlaşdırırıq”.

Müğənni möhtəşəm və fərqli konsert verəcəyini əlavə edib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1286

Oxşar yazılar