Müğənni Cavanşir Məmmədov nazirliyi məhkəməyə verib - EKSKLÜZİV
Sənətçi ondan 4 min manata yaxın artıq vəsait alındığını iddia edir
Bu gün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində məşhur müğənni, Azərbaycanın Əməkdar artisti Cavanşir Məmmədovun Vergilər Nazirliyi və Bakı şəhər Vergilər Departamentinin 1 saylı filialına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın xəbərinə görə, C.Məmmədov məhkəmədən artıq hesablanmış əlavə dəyər vergisinin qaytarılmasını xahiş edib. Belə ki, toylarda ifaçılıq müqabilində aldığı qonorardan vergi verən müğənni ondan təxminən 4 min manata yaxın vəsaitin artıq alındığını iddia edir. O, həmin vəsaitin növbəti aylarda ödəniləcək vergiyə hesablanmasını istəyir.
Bu gün keçirilən məhkəmə prosesində məsələ ilə bağlı bir neçə şadlıq sarayına sorğu göndərilməsi qərara alınıb.
Maraqlı olduğunu nəzərə alaraq qeyd edirik ki, C.Məmmədovu məhkəmədə vəkil, yaxud başqa bir hüquqi nümayəndə təmsil etmir. Məhkəmə prosesinə müğənni şəxsən özü qatılıb.
Məhkəmə prosesi davam etdiriləcək.
Məsələ ilə bağlı Cavanşir Məmmədov Lent.az-ın əməkdaşı ilə söhbətində məhkəmə faktını təsdiqləsə də, bu mövzuda danışmaq istəmədiyini deyib.
Pərvin ABBASOV

Oxşar yazılar
Nura Suridən BİR TƏSƏLLİ
2 iyun 2025 , 12:01
Miri Yusif Türkiyədən Bakıya köçür - VİDEO
2 iyun 2025 , 11:52
Məşhurlar Bodrumda: Qucağında sahilə apardı -FOTOLENT
2 iyun 2025 , 10:28
Serialların ulduzu öldü
1 iyun 2025 , 12:57
Dünyanın ən böyük yanaqlı qadını fotosunu paylaşdı
30 may 2025 , 15:08
Hande Erçel və Hakan Sabancının 6 milyonluq səyahəti – Ağızlar açıq qalıb
30 may 2025 , 10:56
Məşhur müğənni sərxoş olub təyyarədə dava saldı
29 may 2025 , 19:07